logo

“Qarabağ”ın sabiq futbolçusu Təbriz "Traktor"unda

15:15 10-02-2023 | icon 1519
“Qarabağ”ın sabiq futbolçusu Təbriz "Traktor"unda

Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Xayme Romeronun yeni komandası bəlli olub.

YeniAvropa xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Təbrizin “Traktor” klubuna keçib. Bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun son klubu İspaniyanın “Kartaxena” komandası olub.

2019-cu ilin yayından 2022-ci ilin iyulunadək “Qarabağ”da çıxış edən futbolçu 69 oyunda 14 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.