logo

“Aeroflot” Gəncəyə reyslər açır

14:24 10-02-2023 | icon 1169
“Aeroflot” Gəncəyə reyslər açır

Rusiyanın “Aeroflot” şirkəti Gəncəyə reyslər açır.

YeniAvropa xəbər verir ki, bu barədə “Aeroflot”un mətbuat xidməti məlumat yayıb.

Uçuşlar martın 5-dən həftədə bir dəfə, bazar günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Moskva vaxtı ilə 11:00-da Rusiya paytaxtından yola düşən təyyarə yerli vaxtla saat 15:55-də Gəncəyə enəcək. Elə həmin gün təyyarə 17:15-də Gəncədən Moskvaya qayıdacaq.

“Aeroflot” hazırda Moskva, Sankt-Peterburq və Soçidən Bakıya uçuşlar həyata keçirir.