logo

Azərbaycan cüdoçuları açıq Avropa turnirinə qatılmayacaq

14:14 10-02-2023 | icon 1176
Azərbaycan cüdoçuları açıq Avropa turnirinə qatılmayacaq

Fevralın 11-12-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək böyüklər arasında cüdo üzrə açıq Avropa turnirində Azərbaycan milli yığmasının üzvləri iştirak etməyəcəklər.

YeniAvropa Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır. İdmançılarımız yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəkləri üçün turnirdə iştirakları ləğv olunub.

Bununla belə, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlərimiz Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.