logo

Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketi hazırlayıb

23:33 09-02-2023 | icon 1393
Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketi hazırlayıb

“Avropa İttifaqının Rusiyaya qarşı sayca 10-cu sanksiyalar paketinə Rusiyanın 10 milyard avroluq ixracının bloklanması, rusiyalı təbliğatçılar, nüfuzlu şəxslər və hərbi rəhbərlərə qarşı məhdudiyyətlər daxil olacaq".

YeniAvropa  “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu fikri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Avropa İttifaqı sammiti çərçivəsində keçirilən görüşün yekunlarına dair təşkil edilən, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi birgə mətbuat konfransında deyib.

“Rusiya Ukraynada törətdiyi dağıntıların və tökdüyü qanın əvəzini verməlidir”, - deyə, o, vurğulayıb.