logo

Şuşada VI “Xarıbülbül” Beynəlxalq Festivalı keçiriləcək

17:34 09-02-2023 | icon 4466
Şuşada VI “Xarıbülbül” Beynəlxalq Festivalı keçiriləcək

Şuşa şəhərində VI “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi bu ilin may ayına planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.

Festivalın təşkili ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.