logo

63,5 kq narkotik vasitə dövriyyədən çıxarılıb

10:50 09-02-2023 | icon 1064
63,5 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının fevralın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36 kiloqrama yaxın heroin, 19,4 kiloqramdan artıq marixuana, 9 qram tiryək, həmçinin 8 kiloqramdan çox metamfetamin və 40 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.