Zelenski Londona səfər edib
Ukrayna prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşüb. Liderlər Ukraynanın təqdim etdiyi “sülh formulu”nun həyata keçirilməsi, Ukraynanın Avropa İttifaqına daxil olması və bir sıra digər məsələləri müzakirə ediblər.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin saytı məlumat yayıb.
Zelenski Britaniya xalqına və şəxsən Sunaka Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın hərtərəfli dəstəyinə görə təşəkkür edib.
“Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi səylərinə, genişmiqyaslı təcavüzün başlanmasından sonra göstərilən humanitar və maliyyə yardımına, Rusiya müharibəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm”, - deyə Zelenski bildirib.
Zelenski Sunaka cəbhədəki vəziyyət və Ukrayna ordusunun silaha və digər hərbi texnikaya olan əsas ehtiyacları barədə məlumat verib. O, Rusiyanın hücumunu dayandırmaq və müvəqqəti işğal olunmuş bütün əraziləri azad etmək üçün Ukraynanın tərəfdaşlarından lazımi silahlar almasının vacibliyini vurğulayıb.
Liderlər, həmçinin müdafiə sahəsində əməkdaşlığı və ikitərəfli gündəliyin bütün spektrini, “sülh formulu”nun həyata keçirilməsi, Ukraynanın Avro-Atlantik inteqrasiyası, Britaniyadan gələcək dəstək, Britaniya tərəfinin Ukraynanın müharibədən sonrakı bərpasına cəlb edilməsi imkanları və bir sıra digər perspektivli layihələri müzakirə ediblər.
Eyni zamanda, Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakının qarşısının alınması məsələsi də müzakirə olunub.
Beyləqanda rüşvət alan vəzifəli şəxslərə cinayət işi açılıb
“Gənclik” metrostansiyasında əslində nə baş verib?
Bu gün 467 doza vaksin vurulub
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub
Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
XİN: Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək
Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq-Baş katib
Milli Məclisin növbəti iclasında 29 məsələyə baxılacaq
Prezident Zaqatalada yol tikintisinə 6,7 milyon manat ayırdı
Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq
Prezidentin təyyarəsindən mülki aviasiyada istifadə olunacaq
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Nazirliyin mətbuat katibi Dövlət Xidmətində müşavir oldu
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Daha 2 boksçumuz beynəlxalq turnirin finalına yüksəlib
Faktiki hava: Göygöl, Qusar, Gədəbəy və Daşkəsənə qar yağıb
ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramını elan edir
Dövlət sərhədini pozmaq istəyən iki nəfər saxlanılıb
Azərbaycan nefti 80,85 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb
BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Azərbaycanlıların 1918-ci il soyqırımından 105 il ötür