logo

Turizm üzrə regional idarələr yaradılır 

14:54 08-02-2023 | icon 917
Turizm üzrə regional idarələr yaradılır 

Prezident İlham Əliyev fevralın 8-də Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli fərmanında dəyişiklik edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Yeni dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeçiliyində Bakı-Abşeron, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Quba, Qarabağ və İsmayıllı Regional Turizm idarələri yaradılacaq.

Fərmanda deyilir: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin”.