logo

Azərbaycan növbəti yardımları və xilasetmə qrupunu Türkiyəyə göndərir

19:52 07-02-2023 | icon 1071
Azərbaycan növbəti yardımları və xilasetmə qrupunu Türkiyəyə göndərir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınacaq.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, təyyarə və FHN-ə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Digər təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin növbəti axtarış-xilasetmə qrupu göndəriləcək.

Hazırda humanitar yardım və xilasetmə qrupunun yola salınması üçün hazırlıq işləri görülür.