logo

Bir qrup QHT sədri Türkiyədəki zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib

17:30 07-02-2023 | icon 980
Bir qrup QHT sədri Türkiyədəki zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib

Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədri ötən gün səhər saatlarında Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyinin önündə yaradılmış guşənin qarşısına əklil qoyub.

YeniAvropa xəbər verir ki, iştirakçılar bu ağır günlərdə bütün Azərbaycanın Türkiyə ilə birlikdə olduğunu vurğulayaraq qardaş ölkənin səfirliyinin əməkdaşlarına dərin hüznlə başsağlığı veriblər.

Bu fəlakət nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad edilib, yaralılara şəfa dilənib. Azərbaycan QHT-ləri qardaş ölkənin ağır günlərində onların yanında olduqlarını, bu faciənin bütün Azərbaycanı dərindən sarsıtdığını qeyd edib, qardaş Türkiyə xalqının dərdinə şərik çıxdıqlarını bildiriblər.