logo

Türkiyədə 7,4 ballıq zəlzələ:  76 nəfər ölüb, 440-dan çox yaralı var, yüzlərlə bina dağılıb

09:19 06-02-2023 | icon 1330
Türkiyədə 7,4 ballıq zəlzələ:  76 nəfər ölüb, 440-dan çox yaralı var, yüzlərlə bina dağılıb

Türkiyənin cənub-şərqində,  Kahramanmaraş şəhərində 7,4 bal gücündə zəlzələ olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Bildirilib ki, yeraltı təkanlar saat 04:17-də qeydə alınıb.

Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla 10 vilayətində güclü dərəcədə hiss olunub, çoxlu sayda binalar dağılıb,  ölən və yaralananlar var.

AFAD-ın açıqladığı son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb, 440-dan çox yaralı var, yüzlərlə bina dağılıb.