logo

Sinoptiklərdən xəbərdarlıq:Dağlıq rayonlarda yollar buz bağlayacaq

15:13 04-02-2023 | icon 966
Sinoptiklərdən xəbərdarlıq:Dağlıq rayonlarda yollar buz bağlayacaq

Fevralın 5-də ölkə ərazisində gecə və səhər arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.