Prezident İlham Əliyev fevralın 4-də deputat Anatoliy Rafailovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərancamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, sabah Anatoliy Rafailovun 70 yaşı tamam olur. o, 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. Rus, ingilis və fars dillərini bilir.
Anatoliy Rafailov 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olub. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.
2020-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisə deputat seçilib.