Qaxda qar örtüyünün hündürlüyü 19 santimetrə çatır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-nə olan məlumatına əsasən hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı: İsmayıllı, Şamaxı, Qaxda 13, Ağsu, Xaltanda 12, Altıağacda 11, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10, Ağdərə, Qobustanda 9, Zaqatalada 8, Oğuzda 7, digər rayonlarda 1-6, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü Qaxda 19, Altıağacda 17, Xaltanda 12, Şahdağ, Qrızda 10, Şamaxıda 6, Qobustanda 4, Qusarda 2, Qubada 1 santimetr təşkil edib.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Şimal-qərb küləyi əsib, Tərtər, Naxçıvanda saniyədə 16, Bakıda 18 metrədək güclənib.
Fevralın 3-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 3-ü axşamadək davam edəcək, fevralın 4-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub
Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən bəyanatın qəbuluna mane olub
DSX sərhəddəki tıxaclara aydınlıq gətirib
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək