logo

Avropa İttifaqı Ukraynaya 0,5 milyard avroluq növbəti  yardım ayırıb

18:57 02-02-2023 | icon 1344
Avropa İttifaqı Ukraynaya 0,5 milyard avroluq növbəti  yardım ayırıb

Fevralın 2-də Avropa İttifaqı Şurası Ukraynaya 500 milyon avro məbləğində yeddinci yardım paketini ayırıb. Ukrayna, həmçinin Aİ-nin hərbi yardım missiyası üçün daha 45 milyon avro alacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Bu gün Aİ Şurası Avropa Sülh Fondu vasitəsilə 500 milyon avroluq yeddinci yardım paketini və Aİ-nin hərbi yardım missiyası üçün daha 45 milyon avro ayırdı. Mən Rusiya üzərində qələbəni yaxınlaşdıran və həyatı vacib olan bu yardıma görə Aİ-yə minnətdaram”, - deyə nazir əlavə edib.