logo

Sabah Bakıda arabir yağış yağacaq, 6° isti olacaq

13:13 02-02-2023 | icon 1043
Sabah Bakıda arabir yağış yağacaq, 6° isti olacaq

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var, axşam tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.