logo

Avropa İttifaqının rəhbərliyi Kiyevə səfərə gəlib

12:22 02-02-2023 | icon 1477
Avropa İttifaqının rəhbərliyi Kiyevə səfərə gəlib

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının(Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozef Borel bu gün Kiyevə gəliblər.

 YeniAvropa xəbər verir ki, bu barədə  Ursula Fon der Lyayen özünün "Twitter" hesabında paylaşım edərək qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri onun Kiyevə dördüncü səfəridir.

"Bu dəfə mənim komissarlarımla birlikdə Avropa İttifaqının Ukraynanın yanında həmişəkindən daha çox olduğunu göstərmək üçün buradayıq. Həm də dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün Kiyevə gəlmişik”, - deyə Ursula Fon der Lyayen sözlərinə əlavə edib.

Cosef Borel də özünün "Twitter" hesabında Kiyevə səfərini belə açıqlayıb: “Mən Kiyevə Aİ-nin öz ölkələrini müdafiə edən bütün ukraynalılara dəstəyinin ən güclü siqnalını çatdırmaq üçün gəldim. Rusiya müharibəsi başlayandan Aİ-nin yardımı 50 milyard avroya çatıb. Avropa ilk gündən Ukrayna ilə birləşib”.