logo

Bolqarıstan prezidenti parlamenti buraxdı və müvəqqəti hökumət yaratdı

12:12 02-02-2023 | icon 1351
Bolqarıstan prezidenti parlamenti buraxdı və müvəqqəti hökumət yaratdı

Bolqarıstan prezidenti Rumen Radevin bu gün imzaladığı fərmanla fevralın 3-dən ölkə parlament buraxılır.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Prezidentin Mətbuat Xidmətinə istinadla yayılan xəbərdə qeyd edilir ki, yeni parlament seçkilərinədək hökuməti Qılıb Donevin rəhbərlik edəcəyi texniki kabinet idarə edəcək.

Prezident Rumen Radev ölkədə nöbvəti parlament seçkilərini aprelin 3-nə təyin edib.