logo

Daha bir cüdoçumuz Paris “Böyük dəbilqə"sini buraxacaq

15:35 01-02-2023 | icon 1176
Daha bir cüdoçumuz Paris “Böyük dəbilqə"sini buraxacaq

Fevralın 4-5-də Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində yarışacaq millimizin heyətində dəyişiklik olub.

YeniAvropa Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış etməli olan Orxan Səfərov yüksək hərarəti və öskürəyi olduğuna görə millinin baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

O.Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynovun (60 kq) zədə səbəbindən "Böyük dəbilqə" turnirinə qatılmayacağını bildirib.