Bakıda II Aqrobiznesin İnkişafı Forumu keçirilib
Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin(AKİA) təşkilatçılığı ilə II Aqrobiznesin İnkişafı Forumu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, hər iki Nazirliyin tabeli qurumlarının, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Artıq ikinci ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Tədbiri açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu sahənin davamlı inkişafı təmin edilib. Nəticədə 2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4 faiz artıb. Aqrar sahənin inkişafı istiqamətində dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini deyən nazir müavini əlavə edib ki, aqrar-emal sahələrinin və bazar infrastrukturunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən hesab olunur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, Agentlik kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərir və bu məqsədlə müxtəlif təşkilatlarla əməkdaşlıq edir. Orxan Məmmədov KOBİA-nın aqrobiznes fəaliyyətinin qurulmasına və inkişafına göstərdiyi dəstək və xidmətlər, o cümlədən “Bakı KOB evi”ndə sahibkarlara göstərilən kənd təsərrüfatı və qida təhlükəsizliyi ilə bağlı xidmətlər barədə məlumat verib.
Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri, o cümlədən bu sahənin inkişafı ilə bağlı dövlət-özəl sektor əməkdaşlığı və digər məsələlərə toxunublar.
Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak edən özəl sektor subtektlərinə mükafatlar təqdim olunub.
Aqrobiznesin İnkişafı Forumu öz işini panel sessiyalarla davam etdirib. Panellərdə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, aqrar biznes sektorunda inkişaf dinamikasının müəyyənləşdirilməsi, mövcud potensialın qiymətləndirilməsi, investisiya perspektivləri, bu istiqamətdə qabaqcıl təcrübələr, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanları, o cümlədən dəyər və təchizat zənciri iştirakçıları ilə mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparılıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir