logo

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

18:48 31-01-2023 | icon 1414
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına İranın hərbi sənaye kompleksinə daxil olan 7 qurumun adı əlavə edilib.

YeniAvropa  ABŞ Maliyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu qurumlar və onların rəhbərləri terrorçuluğa verdikləri dəstəyə görə sanksiyalara məruz qalıblar. Bu qurumların ABŞ ərazisindəki bank hesabları dondurulacaq və rəhbərlərinin ABŞ-a daxil olmaları qadağan ediləcək.

Bundan başqa, həmin qurumlarla əməkdaşlıq edən şirkətlərə də sanksiyalar tətbiq olunacaq.