Ötən il Azərbaycanda 322,3 min ton pambıq yığılıb
2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.
Qeyd edilib ki, başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35259 ton çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.
Məhsuldarlığın artmasında sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin təşkili, yığım prosesinin 100 faizə yaxın müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilməsi, texnikaların yığımdan əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və digər amillər əsas rol oynayıb.
Məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub ki, bu da pambığın 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verib.
Qeyd edək ki, dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
NATO-nun baş katibi ilə Gürcüstanın baş naziri ilə görüşüb
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
Prezident İlham Əliyev Xankəndidə Novruz tonqalını alovlandırıb
İlham Əliyev Azərbaycan xalqının Novruz bayramını təbrik edib
Bakının mərkəzində 4 küçə avtomobillər üçün bağlanır
Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib
Bakıda Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə olunub
Azərbaycan-ŞƏT əməkdaşlığı müzakirə olunub
Azərbaycanın müdafiə naziri NATO-nun baş katibi ilə görüşüb
Sabah Bakıda arabir yağış yağacaq, 9° isti olacaq
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
NATO baş katibinin Azərbaycana səfəri başa çatıb
Pekində Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub
Rusiyada seçici aktivliyi 77,44 % təşkil edib
İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan-Türkiyə qardaşlığın rəmzi Çanaqqala döyüşlərindən 109 il ötür
Bu gün Göygöl rayonunda qaz olmayacaq
DYP:Texniki müayinə mərkəzləri bayram günləri də işləyəcək
Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək
“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır
Bakıda havada toz müşahidə olunur
Putin 85,13 % səs toplayıb
AZAL Londonun daha bir hava limanına uçuşlara başlayıb
Atıcımız Almaniyada gümüş medal qazanıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 111 nəfər saxlanılıb