logo

İrandakı terror hadisəsi ilə bağlı qeyri-dəqiq məlumatlar yayımlanır-DTX

13:53 31-01-2023 | icon 840
İrandakı terror hadisəsi ilə bağlı qeyri-dəqiq məlumatlar yayımlanır-DTX

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

DTX-nin Mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur.