logo

Polis pytqaxtda keçmiş məhkumu tapança ilə saxlayıb

13:13 31-01-2023 | icon 987
Polis pytqaxtda keçmiş məhkumu tapança ilə saxlayıb

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq polis bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus 3 patron və daraq aşkarlanaraq götürülüb.

Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

Toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.