logo

Putinlə Ərdoğan arasında xüsusi münasibətlər var-Peskov

15:30 30-01-2023 | icon 1526
Putinlə Ərdoğan arasında xüsusi münasibətlər var-Peskov

Rusiya və Türkiyə prezidentləri arasında xüsusi münasibətlər var.

YeniAvropa xəbər verir ki, bu fikri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə açıqlamasında səsləndirib.

O bildirib ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimad və hörmətə əsaslanan xüsusi münasibətlər var. “Sözünün üstündə durmaq, öhdəliklərin yerinə yetirilməsi hər iki tərəfdən qiymətləndirilir”, - deyə D.Peskov vurğulayıb.

Kremlin sözçüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makron barədə dediklərinə şərh verməkdən imtina edib.