logo

Polis səhiyyə nazirini güllələyib öldürdü

09:49 30-01-2023 | icon 1442
Polis səhiyyə nazirini güllələyib öldürdü

Hindistanın şərqindəki Odişa ştatının səhiyyə naziri Naba Kişore Das ötən gün polis tərəfindən güllənərək, çatdırıldığı xəstəxanada ölüb.

 YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə yaralının aparıldığı Bhubanesvardakı "Apollo Hospital" məlumat yayıb.

Həkimlərin sözlərinə görə, güllə 61 yaşlı nazirin ürəyinə dəyib və daxili qanaxmaya səbəb olub. "Ürək fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Ona reanimasiya şöbəsində təcili yardım göstərilib. Lakin bütün cəhdlərə baxmayaraq, yaralını reanimasiya etmək mümkün olmayıb və aldığı xəsarətlərdən dünyasını dəyişib", - xəstəxananın açıqlamasında bildirilib.

Qeyd edək ki,bazar günü ştatdakı kütləvi tədbirə gedən səhiyyə naziri avtomobilindən düşən zaman polis tərəfindən ona çoxsaylı atəş açıblı. Atəş açan şəxs dərhal həbs edilib.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.