logo

İsmayıllı sakinlərindən qanunsuz saxlanılan ov tüfəngləri götürülüb

13:13 29-01-2023 | icon 896
İsmayıllı sakinlərindən qanunsuz saxlanılan ov tüfəngləri götürülüb

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya  verilən məlumata görə, rayon sakinləri - Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.