logo

Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb

18:08 27-01-2023 | icon 945
Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu mənfur hücumu kəskin şəkildə qınayıram.

YeniAvropa xəbər verir ki, bu ifadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial şəbəkə hesabında paylaşımında öz əksini tapıb.

“Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə can dostu qardaş Azərbaycanın yanındadır”,-deyə Türkiyə dövlətinin başçısı paylaşımında qeyd edib.