logo

Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib

16:16 27-01-2023 | icon 896
Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib

Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.