logo

Ötən il korrupsiya faktı üzrə  45 şəxs cinayət başında yaxalanıb

11:33 27-01-2023 | icon 1078
Ötən il korrupsiya faktı üzrə  45 şəxs cinayət başında yaxalanıb

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən il korrupsiya hüquqpozmaları ilə bağlı 341 cinayət işi başlanıb, 274 şəxs barəsində 209 iş üzrə icraat tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

YeniAvropa xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verib.

Kamran Əliyev bildirib ki, 27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılıb, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Baş İdarə tərəfindən keçirilmiş 37 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanıb, axtarışda olan 12 nəfər tutulub.