logo

AQTA İrandan gətirilən kartofun satışına qadağa qoydu

15:55 26-01-2023 | icon 1316
AQTA İrandan gətirilən kartofun satışına qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, nəzarət tədbirləri zamanı fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İran İslam Respublikasından idxal etdiyi ərzaqlıq kartofdan götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - kartofun qonur çürüməsi aşkar olunub.