logo

Brüsseldə NATO müdafiə nazirlərinin iclası keçiriləcək

14:14 26-01-2023 | icon 1498
Brüsseldə NATO müdafiə nazirlərinin iclası keçiriləcək

Fevralın 14-15-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bldirilib ki, toplantıya NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.

İclasdan bir gün əvvəl - fevralın 13-də baş katib mətbuat konfransı keçirəcək.

Bundan başqa, fevralın 14-də NATO-nun qərargahında ABŞ-ın təşəbbüsü ilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun ayrıca iclası keçiriləcək.