logo

Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib

17:51 10-08-2018 | icon 4851
Teymur Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Teymur Ənvər oğlu Göyçayev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, T.Göyçayev Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, xalq artisti, dirijordur. Sabah onun 60 yaşı tamam olur.