logo

Bakı daha bir dünya kubokuna ev sahibliyi edəcək

16:16 25-01-2023 | icon 1421
Bakı daha bir dünya kubokuna ev sahibliyi edəcək

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışı keçiriləcək.

YeniAvropa Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 44 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir.

Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışı olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.