logo

ETSN-də FAO ilə ətraf mühit məsələləri müzakirə olunub

11:33 25-01-2023 | icon 805
ETSN-də FAO ilə ətraf mühit məsələləri müzakirə olunub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə icraçı nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı nazirlik və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və perspektivlər müzakirə olunub.