logo

“Buta Airways” mart ayından Volqoqrada yeni aviareys açacaq

13:13 23-01-2023 | icon 1281
“Buta Airways” mart ayından Volqoqrada yeni aviareys açacaq

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə, Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının www.butaairways.az  saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.

Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.