logo

Ötən il Azərbaycandan 39,2 milyard m3 qaz nəql edilib

12:52 21-01-2023 | icon 1645
Ötən il Azərbaycandan 39,2 milyard m3 qaz nəql edilib

Ötən il Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 39 milyard 216,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilə nisbətən 11,7 faiz artım müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, qaz nəqlinin 53 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib.

Belə ki, bu kəmərlə 20 milyard 803,7 milyon kubmetr təbii qaz ixrac edilib.