logo

Rusiya Gürcüstana birbaşa aviareyslərin bərpa olunacağına ümid edir

14:34 18-01-2023 | icon 2009
Rusiya Gürcüstana birbaşa aviareyslərin bərpa olunacağına ümid edir

Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər bərpa oluna bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair Moskvada keçirilən mətbuat konfransında məlumat verib.

Sergey Lavrov ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər bərpa olunacaq. Onun sözlərinə görə, ötən il Gürcüstanda ÜDM rusiyalı turistlər və Rusiya ilə ticarət əlaqələrinin genişlənməsi sayəsində 10 faiz artıb.