logo

Rusiya Avropa Şurasının 21 beynəlxalq müqaviləsindən çıxıb

19:20 17-01-2023 | icon 2905
Rusiya Avropa Şurasının 21 beynəlxalq müqaviləsindən çıxıb

Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının beynəlxalq müqavilələrinin RF-da fəaliyyətinin dayandırılması haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ötən ilin mart ayında Rusiyanın Avropa Şurasına üzvlükdən çıxması ilə əlaqədar 21 beynəlxalq müqavilə qüvvədən düşüb. Həmin vaxt Rusiya İnsan Haqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Konvensiyasından da imtina edəcəyini bildirmişdi.