logo

Dünya Kulinariya Təşkilatlarının prezidenti Şuşaya səfər edəcək

13:53 17-01-2023 | icon 4599
Dünya Kulinariya Təşkilatlarının prezidenti Şuşaya səfər edəcək

Azərbaycanda səfərdə olan Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşaya səfər edəcək, şəhərin tarixi yerləri və əsrarəngiz təbiəti ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğu ilə seçilən Qarabağ mətbəxinin inciləri ilə tanış olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Tomas Quqler yanvarın 17-də Dövlət Turizm Agentliyinin keçirdiyi "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda konfransda deyib.

Konfransda iştirak etmək üçün Bakıya gələn qonaq rəhbərlik etdiyi qurum və Agentlik arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.