logo

Rusiyada hərbi hissədə partlayışda ölənlərin sayı 7-yə çatıb

13:33 17-01-2023 | icon 1792
Rusiyada hərbi hissədə partlayışda ölənlərin sayı 7-yə çatıb

Rusiyanın Belqorod vilayətində hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hadisə yanvarın 14-də baş verib. Hərbi hissədə tağım komandirinin əl qumbarasını partlatması nəticəsində 3 hərbçi həlak olmuş, 15 nəfər xəsarət almış, 8 hərbçi itkin düşmüş sayılırdı.

Yanvarın 17-ə olan məlumata görə, partlayış və sonra baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb.