logo

Vyetnamın prezidenti korrupsiya səbəbindən istefa verib

12:32 17-01-2023 | icon 1890
Vyetnamın prezidenti korrupsiya səbəbindən istefa verib

Vyetnam Sosialist Respublikasının prezidenti Nquyen Suan Fuk istefa verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, prezidentin istefası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən təsdiqlənib.

Bundan başqa, siyasətçi partiyanın Siyasi Bürosunu və Mərkəzi Komitəsini də tərk edib.

Vyetnam Xəbər Agentliyinin məlumatına görə, Nquyen Suan Fuk hökumətdəki korrupsiya qalmaqalı səbəbindən istefaya getmək qərarına gəlib.