logo

Bakıda Türkdilli  ölkələrinin qadın sənətkarlarının sərgi-yarmarkası açılacaq

12:12 17-01-2023 | icon 1680
Bakıda Türkdilli  ölkələrinin qadın sənətkarlarının sərgi-yarmarkası açılacaq

Apreldə Bakıda Türkdilli  ölkələrinin qadın sənətkarlarının beynəlxalq sərgi-yarmarkası açılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, bu məqsədlə səfirliyin dəstəyi ilə “Xünərmand” Assosiasiyasının Namanqan bölgəsi üzrə şöbəsinin müdiri Zohidjon Vəliyev və Azərbaycan Qadınlar Assosiasiyasının icraçı direktoru Roza Zərif arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məqsədilə onlayn danışıqlar aparılıb.

Görüşdə tərəflər Özbəkistan və Azərbaycan sənətkarları arasında sıx əməkdaşlığın qurulmasının dövlətlərarası əlaqələrin, o cümlədən mədəni-humanitar mübadilə sahələrində gələcək inkişaf dinamikasına müsbət təsir edəcəyini təsdiqləyiblər.