logo

İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub

21:12 16-01-2023 | icon 1358
İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub

İstanbul boğazında saya oturan “MKK-1” adlı quru yük gəmisi xilasetmə işləri nəticəsində saydan çəkilib.

YeniAvropa "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, artıq boğazda gəmilərin ikitərəfli hərəkəti bərpa olunub.

Xatırladaq ki, Ukraynadan gələrək İstanbul boğazında lövbər salan Palau bayrağı altında üzən “MKK-1” gəmisinin yanvarın 16-da səhər saatları saya oturması səbəbindən hövzədə gəmilərin hərəkəti ikitərəfli qaydada dayandırılmışdı.