logo

Türkiyə Azərbaycana 10 ədəd GPS stansiyası verəcək

15:33 16-01-2023 | icon 1064
Türkiyə Azərbaycana 10 ədəd GPS stansiyası verəcək

Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində RSXM-nin baş direktoru Kandilli Rəsədxanası, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Regional Zəlzələ-Tsunami Monitorinq Mərkəzi və Boğaziçi Universitetində bir sıra işgüzar görüşlər keçirib.

Mərkəzin informasiya şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, keçirilən görüşlərdə iki ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiyanın quraşdırılması, iki qardaş ölkə seysmoloqlarının beynəlxalq meqa layihələrdə birgə iştirakı, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və s. kimi məsələlər müzakirə olunub.

Həmçinin gələcəkdə Türkiyə tərəfindən Azərbaycana 10 ədəd GPS stansiya verilməsinin nəzərdə tutulduğu da qeyd olunub.