logo

Anomal soyuqlar səbəbindən İssık-Kul gölü donub

15:15 16-01-2023 | icon 1078
Anomal soyuqlar səbəbindən İssık-Kul gölü donub

Qırğızıstanın şimalında yerləşən İssık-Kul gölü anomal soyuqlar nəticəsində donub.

YeniAvropa “Xabar 24” saytına istinadla bildirir ki, temperatur mənfi 30 dərəcəyədək aşağı düşüb.

Yerli sakinlər bu hadisədən narahatdırlar. Çünki adətən İssık-Kul buz bağlamır. Sututarın adının tərcüməsinin “qaynar göl” mənasını verməsi təsadüfi deyil. Bu, gölə axıb tökülən çaylardan toplanan isti ehtiyatı ilə bağlıdır. Qeyd edək ki, İssık-Kul planetin ən dərin gölləri sırasında yeddinci yeri tutur.