logo

ATƏT-in sədri Kiyevə gəlib

12:54 16-01-2023 | icon 1204
ATƏT-in sədri Kiyevə gəlib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının(ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Kiyevə səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Osmani özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Qatarla doqquz saatlıq yol qət edərək, nəhayət Kiyevə çatdıq. Biz Ukrayna liderləri ilə regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi və yerlərdə insanlara kömək etmək yollarını müzakirə etmək üçün məhsuldar görüşlər keçirəcəyik", - deyə ATƏT-in fəaliyyətdə olan sədri paylaşımında qeyd edib.