logo

Qadın boksçularımız Serbiyaya beynəlxalq turnirə yollanacaq

13:33 11-01-2023 | icon 2653
Qadın boksçularımız Serbiyaya beynəlxalq turnirə yollanacaq

Yanvarın 17-də Serbiyada qadınlar arasında dörd yaş qrupu üzrə keçiriləcək beynəlxalq turnirdə Azərbaycan  12 boksçu ilə təmsil olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Yadigar Məmmədov məlumat verib.

Bildirib ki, qadın və qız boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını Bakı Boks Mərkəzində davam etdirir. Yarışlara hazırlıq yanvarın 14-də başa çatacaq və növbəti gün komanda Serbiyaya yola düşəcək.

“Yanvarın 17-də Serbiyada dörd yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir. Məktəblilər istisna olmaqla, hər yaş qrupundan çıxış edəcəyik. Yeniyetmələr, gənclər və böyüklərin mübarizəsində boksçularımızı yoxlayacağıq. Bu, bizim üçün çox vacibdir”.

Baş məşqçi bildirib ki, bu il qadın boksçularımızı çox ciddi yarışlar gözləyir. O, əsas hədəfin Hindistanda keçiriləcək dünya çempionatı, Bakıda keçiriləcək U-22-lərin Avropa çempionatı və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər olduğunu deyib: “Toplanışa 24 boksçu cəlb etmişik. Onların arasında Avropa çempionatlarının beş mükafatçısı – qızıl, gümüş və bürünc medalçıları da hazırlıq keçir. Olimpiya Oyunlarına vaxtın az qalması və U-22-lər arasında qitə çempionatının paytaxtımızda keçirilməsi məsuliyyətimizi daha da artırır. Qarşıda bizi dünya çempionatı da gözləyir. Buna görə də beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik. Məqsədimiz iştirak edəcəyimiz yarışlardan ölkəmizə medallarla qayıtmaqdır”.