logo

Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

11:11 09-01-2023 | icon 938
Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Bakı şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına yenidən müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli  YeniAvropa-ya bildirilib ki, meteoroloji vəziyyəti nəzərə alaraq sürücülərdən əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirmələrini xahiş edirik: “Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər”.

İdarənin baş inspektoru qeyd edib ki, yola çıxan nəqliyyat vasitələrinin mütləq əksəriyyəti qış mövsümünə uyğun olmayan təkərlərlə hərəkət edir: “Bu, avtomobillərdə sürüşməyə və digər çətinliklər yaradır. Xahiş edirik ki, yola çıxan sürücülər təkərləri qış mövsümə uyğun hazırlasınlar. Eyni zamanda sürücülük təcrübəsi olmayan sürücülərdən yollarda hərəkət etməməyi tövsiyə edirik.

Piyadalar belə hava şəraitində nəzərdə tutulmamış yerlərdən keçid etməsinlər. Vəziyyəti özləri üçün daha çətinləşdirməsinlər”,- deyə Araz Əsgərli vurğulayıb.