logo

Cəlilabadda avtoqəza: 11 nəfər xəsarət aldı

22:19 08-08-2018 | icon 3871
Cəlilabadda avtoqəza: 11 nəfər xəsarət aldı

Cəlilabad rayonunda 11 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Şivələngə ilə Abaşabad kəndləri arasında yerləşən döngədə qeydə alınıb.

YeniAvropa xəbər verir  ki,  Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Əkbər Mətləb oğlu Kərimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə əks istiqamətə hərəkət edən, 1953-ci il təvəllüdlü İbişov İbrahim İsaəli oğlunun idarə etdiyi 15 BN 515 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki sürücü və 9 nəfər sərnişin yaralanıb. Bunlar 1983-cü il təvəllüdlü Nəcəfov Vüsal Möhübbət oğlu, 1970-ci il təvəllüdlü Qasımova Şərqiyə Əvəz qızı, 1969-cu il təvəllüdlü İbişova Məryəm İsaəli qızı, 1978-ci il təvəllüdlü Kərimova Adilə Tapdıq qızı, 1947-ci il təvəllüdlü Kərimova Nərminə Ağahüseyn qızı, Kərimov Səttərxan Mətləb oğlu, 1952-ci il təvəllüdlü Ağayeva Arifə Xudakərim qızı və 1950-ci il təvəllüdlü Əzizov Balaxanım Fərman qızıdır. Yaralananlardan birinin vəziyyəti yüngül olduğundan ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır. (Report)